FTK

Brain-Based Research

Beyinə Əsaslanan Təhsil və Təhsil Ziqzaqı

FasTracKid in Hat ImageNevroloji Tədqiqat

 

Erkən təhsilin əhəmiyyətini bir çox tədqiqatlar və müəllimlər dəstəkləyir. Erkən təhsilin kiçik yaşlı uşaqlara verilməsi və beynin qoşulması üçün imkanlardan tam faydalanmaq yolları o qədər də yaxşı müəyyən edilməyib. Kiçik yaşlı uşaqların öyrədilməsi üçün nəzərdə tutulmuş proqramın inkişaf etdirilməsinə kiçik yaşlı uşaqların təhsili ilə məşğul olan və tədqiqatlarının beynin necə öyrənməsində cəmləmiş ekspertlər cəlb edilməlidir. Tədqiqat FasTracKids® imzalı tədris planlarının əsasıdır və bu kiçik yaşlı uşaqlar üçün təhsil proqramının necə formalaşmasını müəyyən edib.

 

Beynin inkişafı haqqında bilmədiyimiz bəzi faktlar:

 

  • İrsiyyət beynin qoşulmasının 30-60%-ni, uşağın yaşadığı mühit isə 40-70%-ni təşkil edir.
  • Beynin plastikliyi beynin qəbul etdiyi stimulyasiyanı emal etmək, daha çox birləşmələri artırmaq və daha effektiv və sürətli emal edən beyni inkişaf etdirmək qabiliyyəti kimi müəyyən edilir.
  • Birləşmələr yaratmaq prosesində beyin cavab və həllərə gəlməyərək dəyişir edir.
  • Ətraf stimullaşdırma uşağın əqli inkişaf əmsalını 20 dəfə artıra və ya azalda bilər.
  • məktəb yaşlı beyin demək olar ki, enerji istehlakı ilə yaşayır və böyük insanın beynindən 225% çox qlükoza yandırır.
  • Beyin erkən təhsil illərində daha sürətlə və asanlıqla öyrənir.
  • Beş yaşınadək beynin öyrənmək həcminin 50% qoşulmuş olur. Səkkiz yaşınadək beynin öyrənmək həcminin 80% qoşulmuş olur
  • Beynin müxtəlif hissələrindəki dövrələr müxtəlif zamanlarda inkişaf edir və imkan pəncərəsini yaradır.

 

*Bu faktlara Qordon Drayen və Janet Vosun Öyrənmə İnqilabında və Erik Censenin Şüurlu Beyinlə Təhsil də rast gəlinir.

 

 

Educational Zigzagging Chart

Beyin əsaslı təhsil FasTracKids Proqramlarında necə tətbiq edilir

 

Uşaq beyninin unikallığı FasTracKids müəllimləri üçün xüsusi çətinlik yaradır. Beyindəki dəyişikliklər beyində stimulyasiyanın baş verməsindən 48 saat sonra da hiss olunur. Bu dəyişikliklərin əksəriyyəti uşağın gələcək təhsilini müəyyən edir və bunun üçün əhəmiyyət daşıyır. Beyni öyrənərkən bizə məlum oldu ki, inkişaf etmiş sahələr qəbul edilmiş stimulyasiyanın növündən asılıdır.

Beyin birləşmələrini işə salmaq və formalaşdırmaq üçün FasTracKids tələbələri bir çox mürəkkəb tapşırıqlara cəlb edilirlər. Uşaqlar üçün maraqlı olmaq üçün bu tapşırıqlar şən və stimullaşdırıcı formada təqdim edilməlidir. Sonra müəllim və həmyaşıdlarından davamlı olaraq cavab reaksiyası ilə müşayiət edildikdə daha da inkişaf edirlər.

FasTracKids eyni informasiyanı eyni cür təkrar etməmək şərti ilə təkrarlamaq üçün Təhsil Ziqzaqı℠ metodlarından istifadə edir. FasTracKids proqramının məzmunu böyüyən gənc ağıllar üçün əsas inqrediyentləri formalaşdırmaq məqsədilə dərsin unikal aparılması ilə birləşdirilir. Əsas mövzu uşaqların sinir birləşmələrini marağın itirilməməsi şərtilə gücləndirilməsi üçün dərs ərzində müxtəlif təsir üsullarından istifadə etməklə yeni tapşırıqlar vasitəsilə daima möhkəmlənir.

Təhsil Ziqzaqı bir çox müxtəlif sınaqlar və tətbiqlər vasitəsilə anlayışın mövzunun möhkəmləndirilməsi ilə öyrənilməsinə aiddir. FasTracKids dərsində öyrəniləcək anlayış diqqət mərkəzidir və FasTrack Öyrənmə Məntəqəsində® təqdim edilir. Hər bir anlayışın açıqlanmasından sonra, tapşırıqlar anlayışların öyrənilməsinin möhkəmləndirilməsi məqsədilə planlaşdırılır. Buraya mövcud layihələr, eksperimentlər, rolların oynanılması və videolentlər vasitəsilə öyrənmə daxildir. Hər bir tapşırıqdan sonra dərsin təqdim etdiyi anlayışlara qayıdış ziqzaq effekti ilə nəticələnir.