FTK

FasTrack Signing

FasTrack Signing Program Logo

FasTrack Signing Image

Uşağınızın nə fikirləşdiyi sizə maraqlıdır? Bu proqram sonda danışmaq bacarığını inkişaf etdirəcək 6 aydan 2 yaşadək olan uşaqlar üçün nəzərdə tutulub. Bu proqram xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulub: lakin hər bir valideyn bildiyi kimi, uşaqlar danışmağa başlamazdan əvvəl ünsiyyət qura bilirlər. Bu proqramda valideynlər, dayələr və körpələr  jestlər  vasitəsilə ünsiyyət qurmağa öyrənirlər.  tədqiqatlar göstərir ki, jestlər (işarələr) vasitəsilə ünsiyyət qurmağı öyrənən uşaqlar daha geniş söz ehtiyatı ilə danışmağa başlayırlar. Valideyn  və uşaq arasında ünsiyyət qurmaq vasitəsinin olması həmçinin məyusluq hissini də azaldır. FasTrack® Signing (İşarələr) dərsləri həftədə bir dəfə 45 dəqiqə aparılır, bu məşğul qrafiklər üçün münasibdir.

 

Amerikan Jest Dili (ASL) təcrübələrinə əsaslanan FasTrack Signing proqramı dərsləri 2 səviyyədə təklif edir. “Yeni Başlayanlar üçün Dərslər” 6 aydan 2 yaşadək olan uşaqlar üçündür. İşarələr haqqında heç bir biliyin olmaması vacibdir.  “Orta Səviyyəli Bilikləri olanlar üçün” Dərslər “Yeni Başlayanlar üçün Dərslər”-dən keçib və artıq işarələr haqqında bilikləri olan 12 aylıq və daha böyük uşaqları olan ailələr üçün nəzərdə tutulub. Dərslərə mahnılar üçün işarələrin öyrənilməsi, kiçik və həmçinin iri qruplarda qarşılıqlı əlaqə ilə aparılan məşğələlər daxildir. ASL təcrübələri yüksək intellektual əmsalın formalaşmasına, uşağınızın yüksək danışma qabiliyyətinin yaranmasına və dilin inkişafına dinamik təsirin göstərilməsinə gətirə bilər.

 

FasTrack Signing proqramı valideynlərin uşaqlarla qarşılıqlı əlaqədə olması zamanı bir-biri ilə ictimaiyyətləşdiyi “şagird cəmiyyətidir”. Uşaqların öyrənməsini və konseptual inkişafını asanlaşdırmaq üçün FasTrack Signing proqramı dörd unikal strategiyadan istifadə edir. “Dörd FasTrack İşarə Strategiyası”  uşağınızla ünsiyyət qurmağı öyrənmək üçün vacib komponentlərdir.

 

FasTrack Signing Image1.  Müvafiq FasTrack İşarə Anlarının Öyrənilməsi

FasTrack Signing sistemi uşağınızın tam cəlb olunmasını öyrənməyi və bu andan müvafiq jesti öyrətmək üçün istifadə etməyi öyrədir. İşarə anlarından istifadə etmək valideyn  və uşaq arasındakı iki-tərəfli ünsiyyət əlaqələrini yaradır.

 

2.  Uşağınızın İşarələrə Dalması

Valideyn işarəni əşya və ya uşağa işarə hissini aşılamaq üçün bir başa uşağın öz üzərində göstərəndə onlar işarələri daha tez öyrənir. Məsələn, onlar bir topla oynadıqda, uşaq “top” işarəsini daha asan öyrənəcək.

 

3.  Uşağınızın İşarələrini Anlamaq

Ola  bilər ki, uşağınız sizə işarə edir, siz isə bunu başa düşmürsünüz. Bu strategiya valideynlərə uşaqlarının işarələrini görməyə kömək edir. Uşaqlar danışmağa başladıqda, onların ilk sözləri insanlardan eşitdikləri sözlərin təxmini forması olur. Həmin qayda işarə sisteminə də aiddir.


4.  Öyrənməyə olan daimi sevginin möhkəmləndirilməsi

FasTrack Signing proqramı həm erkən ünsiyyət həm də uzun müddətli öyrənməni inkişaf etdirmək üçün vasitələri təmin edir. İşarələrin və strategiyaların kontekst vasitəsilə öyrədilməsi valideynlərə konstruktiv və şən atmosferdə işarələrdən istifadəni genişləndirməyə imkan yaradır.