Balaca uşaqların hər şeylə necə maraqlandığını görmək təəccübləndirici deyilmi? Bizim balaca uşaqlar üçün olan proqramımız 2-3 ½ yaşlı uşaqları maraqlarını, ünsiyyətini, diqqəti cəlb etmə bacarıqlarını, özlərinə inamı konstruktiv şəkildə inkişaf etdirməyə kömək edir. Uşaqlar erkən təhsil siniflərində həftədə bir dəfə mahnılardan, hərəkətlərdən, təcrübi fəaliyyətlərdən istifadə etməklə məşğul olurlar. FasTrack Balaca uşaqlar uşaqlərı məktəbəqədər müəssisələrə hazırlaşdırır və onlara FasTracKids® imzalı Əsas proqrama birbaşa keçid imkanını verir.
FasTrack® Tots (Balaca Uşaqlar) üçün proqram FasTrack Təhsil Məntəqəsində® tədris olunur, buraya interaktiv ağ lövhəli CD-ROM dərsləri daxildir. Uşaqlar görməklə, eşitməklə, toxunmaqla və etməklə öyrənirlər. Uşaqlar dərsin tempinə müəllimə və Tədris məntəqəsinin təqdim etdiyi məzmuna reaksiya göstərməklə nəzarət edir. FasTracKids Təhsil Ziqzaqı℠ adlanan unikal metodologiyadan istifadə edir. Uşaqların marağını saxlamaq və onların fikirlərini cəmləmək bacarıqlarını inkişaf etdirməyə kömək etmək üçün məşğələlər tez-tez dəyişir.
FasTrack Tots proqramı uşaqları sinif otağı ilə tanış edir. Bu erkən şagirdlərin qısa diqqət müddəti üçün nəzərdə tutulmuş FasTrack Tots proqramı mahnılardan, hərəkətdən, təcrübi məşğələlərdən ibarət dərslərdən istifadə edir. Əsas ictimai, rəhbərlik və komandada işləmək bacarıqları uşaqlar digər şagirdlərlə, müəllim köməkçiləri ilə və müəllimlə qarşılıqlı əlaqədə olduqda vurğulanır. Uşaqlar yeni aşkar edilmiş ünsiyyət bacarıqlarından istifadə etməyə və sinif müzakirələri, rol oyunları və məşğələlər vasitəsilə özlərinə inamı inkişaf etdirməyə qadir olurlar.
İrəliləyiş haqqında hesabatlar müəllimlərə yazılı nəticələri valideynlərlə bölüşməyə imkan yaradır və FasTracKids-i digər erkən təhsil proqramlarından fərqləndirir. FasTrack Tots proqramı FasTracKids dərsləri ilə eyni qrafik və tədris planına riayət edir və beləliklə uşaqlara inkişaf cəhətdən hazır olduqlarında iki saatlıq FasTracKids dərsinə asanlıqla öyrəşməyə imkan yaradır.