FTK

FasTracKids Educational Goals

FasTracKids Təhsil Məqsədləri

World Goals Wall Image

1. UŞAQLARIN MƏKTƏB VƏ HƏYATA HAZIRLANMASI:

 

İşçi gücü sıralarına daxil olmağa başlayan bugünkü uşaqlar hələ yaradılmamış işlərdə işləmək imkanını əldə edirlər. Sürətlə dəyişən dünyada uğura nail olmaq üçün uşaqlar yaradıcı düşüncə qabiliyyətinə malik olmalıdırlar. FasTracKids® sinif otaqları uşaqlara istiqamətlənmiş mühitdir, burada uşaqlar öz təhsillərində fəal olmağa həvəsləndirilir. FasTrack Tədris Məntəqəsinin® hissəsi olan interaktiv ağ lövhə uşaqlara birbaşa olaraq tədris olunan erkən bilik anlayışlarına cəlb olunmağa imkan yaradır. Onların bu texnologiya ilə qarşılıqlı əlaqəsi onlara kiçik yaşlarda sonradan həyatda digər texnoloji bacarıqlar tələb olunanda faydalı alacaq əminliyini verir. CD-ROM əsaslı tədris planları əyləncəli və interaktiv dərsin inkişafı məqsədi ilə təcrübi tədbirləri, rol oyunlarını və videolentləri birləşdirir. Şagirdlər gələcək təhsil üçün bünövrə quraraq özlərinə inamla və özlərinə hörmətlə böyüyəcəklər. Uşaqlar təhsil təcrübələrinə şən, yüksək enerjili mühitdə başlayanda onların təhsilə sevgisi bütün sonrakı təhsil təcrübələri boyunca davam edəcək.

 

2. YARADICI DÜŞÜNCƏ TƏRZİ VƏ TAPŞIRIĞI  YERİNƏ YETİRMƏ QABİLİYYƏTİ:

 

Bu uşaqlar üçün nəzərdə tutulmuş erkən dərslər aktiv və reaktiv düşüncə proseslərini uşaqları FasTracKids tədris planının maraqlı mövzularına cəlb etməklə irəlilədir. Eksperimentlər  və təcrübi fəaliyyətlər əksər uşaqların yaradıcı tapşırıq həlli bacarığını (tapşırığa hərtərəfli yanaşma), tənqidi düşüncəsi və ifadə proseslərini formalaşdırır. Uşaqlar qərar qəbuletmə dünyasını kəşf edir və sahibkarlıq bacarıqlarını mənimsəyir. Yaradıcılıq  və orijinallıq müzakirələr, layihələr  və fəaliyyətlər vasitəsilə vurğulanır. Uşaqlar ümumi məqsəd uğrunda işləmək bacarıqlarını möhkəmləndirmək üçün birləşirlər. FasTracKids tədris planı beynin hər iki yarımkürəsindən istifadə edən balanslaşdırılmış erkən təhsil proqramıdır.  Eksperimentlər, layihələr və təcrübi fəaliyyətlər vasitəsilə uşaqlar öyrənmə prosesində məsələləri müəyyən və həll edir.

 

3. ÜNSİYYƏT VƏ DANIŞIQ BACARIQLARININ MƏNİMSƏNİLMƏSİ:

 

FasTracKids tədris planı uşaqlara əksər ünsiyyət bacarıqlarını qurmağa kömək etmək üçün geniş müzakirələrdən və hesabatlardan istifadə edir. Videolentlərdən istifadə etməklə, uşaqlar öz düşüncələrini və ideyalarını sinif yoldaşları üçün hekayələr şəklində təqdim edir. Uşaqlar təqdimetmə bacarıqlarını genişləndirmək üçün tam cümlələrdən və yeni lüğətlərdən istifadə etməyə həvəsləndirilir. Rol oyunlarından istifadə etməklə və qruplarda işləməklə uşaqlar danışıq aparma bacarıqlarını tətbiq edir və erkən uşaq layihələrinin uğurlu icrası məqsədilə komanda şəklində birləşir.

 

4. BİLİYİN TƏTBİQİNİ VƏ ÖTÜRÜLMƏSİNİ ÖYRƏNMƏK:

 

Uşaqlara təcrübi fəaliyyətlər və layihələr vasitəsilə FasTracKids dərslərindən alınmış məlumatın mənasını başa düşmək imkanını əldə edirlər. Uşaqlar yeni anlayışları və təcrübələri məntiqi qaydada təsnifləşdirməyə öyrənirlər. Onlar gündəlik vəziyyətlərin öhdəsindən gəlmək üçün bu yeni aşkar edilmiş biliyi tətbiq edə bilirlər. Tələbənin məlumatı qəbul etmək və yeni vəziyyətlə müvafiq əlaqə yaratmaq bacarığı düşünmə prosesini göstərir və tələbənin təqdim edilmiş anlayışları anlamasını təmin edir.

 

5. LİDERLİYİ VƏ FƏRDİ YÜKSƏLİŞİ İNKİŞAF ETDİRMƏK:

 

Uşaqlar rol oyunlarında iştirak etməklə və qrup vəziyyətlərində qarşılıqlı əlaqədə olmaqla və qrup vəziyyətlərində qarşılıqlı əlaqə qurmaqla müsbət liderlik rollarını mənimsəyir. Onlar, öz növbəsində, başqasının ardınca getmək bacarığını inkişaf etdirir və funksional komanda üzvünə çevrilir. Komandalar məqsədlərinə nail olduqlarında qərar qəbul etməyə və onu həyata keçirməyə görə məsuliyyət daşıyır. Aparıcı komandanın təcrübəsi erkən uşaqlıq dövründə özünə hörməti və inamı artırır. Şəxslərarası bacarıqlar təcrübəsi tələbələrə məktəbdə və həyatda şəxsi məqsədlərin qurulmasında və əldə edilməsində daxilən əsaslandırılmış olmağa kömək edir.

 

6. HƏYATA BOYU SÜRƏN ÖYRƏNMƏ SEVGİSİNİ HƏVƏSLƏNDİRMƏK:

 

Uşaqlar FasTracKids-i ona görə sevirlər ki, proqramlar onların diqqətini cəlb edir və maraqlarını stimullaşdırır. Onlar uğur sevincini yaşayır və yeni təhsil yüksəkliklərini fəth etməyə can atırlar. Erkən təhsil proseslərinə fəal cəlb olunma vasitəsilə, onlar daha çox bilmək istəyini inkişaf etdirirlər. Bu istək, uşaqlar həmişəlik şagirdlər olduqca öyrənmək ehtirasına çevrilir.