FTK

FasTrack Learning Station

FasTrack Tədris Məntəqəsi

FasTrack Learning Station Image

Microsoft, Jet Propulsion Laboratory, Merrill Lynch və Boeing kimi aparıcı tədqiqat mərkəzləri və şirkətlərlə bərabər Oksford Universiteti, MTU, Harvard Universiteti və NASA kimi aparıcı təhsil və elm mərkəzlərində istifadə olunan texnologiyadan həmçinin FasTracKids sinif otaqlarında da istifadə olunur.  FasTracKids® tədris planının əsasını unikal kompüter texnologiyası, MKD proyeksiyası və interaktiv ağ lövhənin kombinasiyası olan FasTrack  Tədris Məntəqələri® vasitəsilə CD-ROM əsaslı dərslər təşkil edir. Bu maraqlı texnologiya uşaqları erkən tədris prosesinə cəlb edir  və təcrübəli FasTracKids müəllimlərinə diqqətlərini hər bir uşağın inkişaf tələblərində cəmləşdirməyə imkan yaradır.

 

FasTrack Tədris Məntəqəsi təcrübəli müəllimlərə multimedialı video, səs və rəsmləri sinif dərslərində nümayiş etdirməyə imkan yaratmaqla tələbələrə ekranda gördükləri obyekt  və şəkillərlə qarşılıqlı əlaqədə olmağa şərait yaradır. On ildən çoxdur ki, interaktiv ağ lövhə tədqiqatlarını aparan beynəlxalq təhsil ekspertlərinin fikrinə görə bu texnologiya motivasiya və davamiyyəti yaxşılaşdıracaq, fərqli tədris üslublarını uyğunlaşdıracaq, material yaddaşı yaxşılaşdıracaq və müəllimlərin səmərəliliyini artıracaq. İnteraktiv ağ lövhələr iri, hərəkət edən şəkilləri göstərməklə hərəkət edən hərflər, rəqəmlər, sözlər və şəkilləri tərpətməklə  material ilə barmaqlar vasitəsilə qarşılıqlı əlaqədə olmağa imkan yardır və həm vizual, həm də kinestetik şagirdlərin tələblərinə cavab verir. Xüsusi tələbləri olan uşaqlar ənənəvi təhsil ilə müqayisədə ağ lövhədə məlumatı daha asan görə, oxuya və idarə edə bilərlər. Bu yeni texnologiya erkən tədrisi reallaşdırmağa kömək edir və uşaqlar üçün çətinliklər və imkanlarla dolu yeni dünyaları açır.

 

“Mənim altı yaşlı qızım hər şeylə maraqlanır  və hər zaman FasTracKids dərslərinə getməyə can atır”, FasTracKids-in Banqladeşdəki şagirdinin anası yazır. “O, FasTracKids-in Biologiya dərslərindən zövq alır, burada o, Tropik Amazon Meşələrinə, Antarktikaya və Saxara  Səhrasına səyahət edə bilirdi. Bundan əlavə o təəssüratlarını bizimlə bölüşürdü və bizə səhradakı dəvələr, çaqqallar, Antarktikadakı balinalar  və pinqvinlər, Amazondakı ilanlar, quşlar, meymunlar, qurbağalar  və ağaclar daxil olmaqla bütün gördükləri barədə danışırdı. ”

 

Sürətlə dəyişən dünyamızın birbaşa olaraq uşaqların təhsilinə və uğur əldə etməklərinə yönəlmiş ümidlərin həyata keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. FasTracKids öz FasTracKids Tədris Məntəqəsindən kiçik uşaqlarda yeni potensial dünyalarının aşkar edilməsinə kömək etmək üçün istifadə edir. Bu dərslərin CD-ROM-la aparılmasının nəzərdə tutulduğu tədris planları müvafiq olaraq bütün dünyada təqdim olunur.  Bu müəllimlərimizə dərslərin keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Biz hesab edirik ki, hamımız daha yaxşı tələbələr yetişdirmək üçün səy göstərsək, bu daha yaxşı gələcəyə aparan birbaşa yol olacaq.