Tarix
1997-ci ildə bir sahibkarla bir müəllim rastlaşdır. Sahibkar uşaqların yaxşı danışıq aparan, problem həll edən şəxslər və liderlər olması üçün uşaqlarda əsas bacarıqların formalaşdırılmasını istəyirdi. Müəllim uşaqların yaradıcı və tənqidi düşüncə bacarıqlarını quran iş kitabçası əsaslı tədris planı hazırladı.
1998-ci ilin Yanvar ayında, FasTracKids® International yaradıldı və bu tədris planının əqli mülkiyyət hüququnu aldı. Sonra o, ilk proqramı olan FasTracKids-in inkişaf etdirilməsinə başladı. FasTracKids uşaqları cəlb edən çox-mühitli interaktiv platforma hazırladı. Uşaqlara 12 müxtəlif mövzu sahəsini təqdim etməklə, FasTracKids tədrisə multisensor yanaşmadan (eşitmə, görmə, toxunma və kinestetik) istifadə edir. Bu yanaşma ilə FasTracKids müəllimləri hər bir uşağın tədris prosesinin asanlaşdırılmasında cəmlənir. Proqram uşağın bütün hisslərini cəlb edən ardıcıl və yüksək keyfiyyətli tədris metodologiyasını təmin edir. Bu proqram erkən təhsil bazarında hələ də unikal differensiatordur.
FasTracKids beynəlxalq şirkət kimi fəaliyyət göstərməyə başladı və beş ölkədə ilk françayzinqlərini təyin etdi. 1998-ci ilin oktyabr ayında, ilk dərslər Avstraliyada, Malayziyada, Meksikada, Sinqapurda, Birləşmiş Ştatlarda və Venesuelada həm ingilis həm də ispan dilində aparılırdı. O zamanlardan başlayaraq, FasTracKids dünyada ən sürətlə inkişaf edən françayzerlərdən biridir. FasTracKids Entrepreneur Magazine kimi jurnal tərəfindən ən yaxşı françayzinq təşkilatı kimi tanınmışdır. FasTracKids həmçinin İxracatda Rəhbərin Üstünlük Mükafatını almışdır (Governor’s (CO) Award for Excellence in Exporting) və ABŞ Kommersiya Xidmətləri tərəfindən İlin İxracatçısı Mükafatı ilə təltif edilmişdir.
FasTracKids françayzinqinin bazarı beynin inkişafı sahəsində məlum olan məlumatın və erkən təhsil metodları üçün yenilik tələblərinin birləşməsi ilə yaradılıb. Bir çox tədqiqatçılar razılaşarlar ki, uşağın sinir şəbəkəsinin və ya öyrənmə bacarığının inkişafı üçün “imkan pəncərəsi” 0-dan 8 yaşadək mövcud olur. Bu inkişaf edən dünyada öyrənmə təhsilinin inkişaf etmə prosesində olmaq və məlumat və faktların əldə edilməsi üçün tələblərinizi cəmləşdirin.
Hazırda, FasTracKids-in baş ofisi Kolorado ştatının Denver şəhərindən kənarda yerləşir. İşçilər keyfiyyətli erkən təhsil proqramlarının bütün dünyada fraçayzinqlər vasitəsilə həyata keçirilməsinə səy göstərən peşəkarlar qrupudur.