FTK

Educational Research

Təhsil tədqiqatı

FasTracKid With Earth Image

Tədqiqat göstərir ki, ən vacib öyrənmə illəri 0-dan 8 yaşadəkdir. Bu müddətdə beyin həyati birləşmələri formalaşdırır. Doğulanda bizim milyardlarla beyin hüceyrələrimiz olur. Gözlərimizin gördüyü işıq, eşitdiyimiz səs və toxunduğumuz əşyalar kimi qıcıqlandırıcıları qəbul etməyə başladığımız dəqiqədə beynimiz birləşmələr yaratmağa başlayır. Bu beyinə baş yol tikməyimizə oxşayır, və məhz bu yol ilə öyrəndiyimiz informasiya daha sürətlə hərəkət edir. Bu birləşmələri 0-dan 8 yaşadək nə qədər güclü və geniş etsək, öyrənmək gücümüz üçün platforma da o qədər böyük olacaq.

 

 

Tədqiqatlar göstərir ki, yüksək keyfiyyətli təhsil ümumi təhsil nəticələrinə təsir edir. Bağça yaşına çatdıqda dil, oxuma və ünsiyyət bacarıqları olmayan uşaqlarda elmi karyeraya hazırlıq səviyyəsi çox güman ki, aşağı olur, çünki öyrənmək üçün oxumaq vacibdir və bu uşağın ali məktəb bitirməsinə qadir olub-olmamasının yaxşı göstəricisidir.

 

Bütün dünyanın qanunvericiləri və liderləri də beyin birləşmələrinin erkən yaşda stimullaşdırılmasının vacibliyini görüblər. Milli Erkən Təhsil Tədqiqatı İnstitutunun direktoru U. Stiven Barnetin fikrinə görə: “Yüksək keyfiyyətli məktəbəqədər müəssisələrə gedən uşaqlar bağçaya daha yaxşı oxuma bacarıqları, daha zəngin söz ehtiyatı, daha güclü riyaziyyat bilikləri ilə daxil olurlar.” Malayziyanın Milli Xəbərlər Agentliyinin işıqlandırdığı xəbər materialında Baş Nazir Datuk Seri Nacib Tun Nazak kiçik yaşlı uşaqların təhsilindən danışaraq dedi: “Hər bir uşaq dəyərlidir  və uşaqlar bizim cəmiyyətimizə edilən sərmayələrdir. Bu, millətin ən dəyərli ehtiyatıdır. Hesab edirəm ki, millətin və xalqın inkişafı kiçik yaşlı uşaqların təhsilindən başlayır.”

 

Keyfiyyətli erkən təhsil dəyərli ehtiyatlara aparmaqla yanaşı, həm də ağıllı maliyyə investisiyasıdır. İqtisadçı və Mobel Mükafatının Laureatı Ceyms C.Hekman The Republican-ın baş məqaləsində deyir: “imkansız uşaqlara erkən müdaxilə onların məktəbdə qalmasına, iş gücünün keyfiyyətinin artırılmasına, məktəblərin səmərəliliyinin yaxşılaşdırılmasına kömək edir və cinayətlərin, yeniyetmə hamiləliklərinin və güzərandan asılılığın azaldılmasına təsir edir. Bu tədbirlər erkən təhsilə qoyulan investisiyalardan gələn gəlirləri 60 faizədək artırır.”

 

Erkən təhsil yalnız sinifdə deyil, həm də evdə başlayır. Valideynin cəlb edilməsi uşağın əminliyinə və təhsil cəhətdən inkişafı üçün vacibdir. Kolin Rouz və Malkom C.Nikol 21-ci əsr üçün Sürətli Təhsil kitabında valideynin cəlb olunması haqqında yazıblar. Bu kitabdan edilmiş aşağıdakı sitat valideynin cəlb olunmasından və bunun həyatı necə dəyişdirə bilməsi haqqındadır.

 

“Övladınıza öyrənməni şən macəra kimi nə qədər tez qiymətləndirməyə kömək edərsinizsə, o qədər də onun həyatda tam potensiala nail olmaq ehtimalını artırarsınız.”