FTK

Videotaping

İşıqlar, Kamera, Xatırla!

FasTracKids Videotaping ImageFasTracKids® videoyazıları ictimai çıxışlar etməyə və əvvəlki dərsləri yadda saxlamağa kömək edir.

 

Kiçik yaşlı uşaqların öyrəndikləri anlayışlar haqqında şifahi təqdimatlar etməkləri uşaqların erkən təhsilində adi üsul deyil. Uşaqlara videoya çəkilmə və öz təqdimatlarına baxmaq təcrübəsini yaşatmaq, uşaqların yaradıcılığını, ünsiyyətini, etimadını, tənqidi düşüncəsini və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Tələbələrə fikirlərini təşkil etməyi və özlərini kamera və tamaşaçılar qarşısında təqdim etməyi öyrətməklə, FasTracKids valideynlərə uşaqlarının öz ideyalarını bölüşməklə əldə etdikləri özünə inamın sübutunu göstərir.

 

Uşaqları videoya çəkmək imkanları adətən uşaqlara təqdimatlarını hazırlamağa vaxt verməklə əvvəlcədən müəllim tərəfindən planlaşdırılır. Uşaq öz təqdimatını hazırladıqdan sonra, FasTracKids müəllimi öyrəndiklərini nümayiş edən uşağı videoya çəkir. Hər bir dərs uşaqların iştirak etdikləri fəaliyyətlərin, rol oyunları ssenarilərinin və ya layihələrin birləşməsindən ibarət olan FasTrack Təhsil Məntəqəsindən® istifadə etməklə deyilir. Adətən müəllimlər fəaliyyətlərdən, rol oyunları ssenarilərindən və ya layihələrdən uşaqlara bildiklərini kamera qarşısında nümayiş etdirmək imkanları kimi istifadə edirlər.

 

Tələbələr FasTracKids proqramları ərzində müntəzəm olaraq videoya çəkilir və beləliklə valideynlərə uşaqlarının ünsiyyət, ictimaiyyət qarşısında çıxış etmə, özünə inam və yada salma bacarıqlarının inkişaf etməsinin sübutunu təqdim edir. Uşaqlar videoya çəkilmədikdə, onlar təqdim olunan tələbə haqqında müsbət və konstruktiv fikir söyləyən FasTracKids müəllimindən ibarət kütlənin hissəsidirlər.